25 
May
2017
16:30
28
252
6749
Virtual karabakh

Araz Əlizadə: Kül başına, ay Hitler, gör üstünə kim gəlir?!

25 May, 2017
16:30
6749

Araz Əlizadə: Kül başına, ay Hitler, gör üstünə kim gəlir?!

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Azərbaycan Sosial Demokrat Partiyasının sədri, millət vəkili Araz Əlizadə müğənni adı ilə çıxıb efirlərdən Azərbaycan cəmiyyətinə tövsiyə verməsinə münasibət bildirib. 

Oxu.Az-ın məlumatına görə, deputat “Şərq” qəzetinə müsahibəsində özü ilə bağlı hadisəni xatırlayıb: 

“Sizə ən yaxın zamanlarda baş verən bir hadisəni ərz edim. Saytların birində jurnalist müğənniyə sual verir ki, Araz Əlizadəni tanıyırsınızmı? Cavab verir ki, tanıyıram, siyasətçidir. Özü də səsini satan siyasətçidir. Gülürəm və gülüb özümdən gedirəm ki, kül başına, ay Hitler, gör üstünə kim gəlir?! Toya gedib, pulnan oxuyan, rəqs edən, onun bunun sifarişini yerinə yetirən adam siyasətçiyə səsini satan deyir (gülür). Heç olmasa, bilmir ki, parlamentdə heç kimə pul vermirlər. Günah ona sual verən jurnalistdədir”.

Z.Q.
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Siyasət xəbərləri