26 
May
2017
18:11
19
136
2230
Virtual karabakh

Azərbaycanda seçicilərin sayı açıqlanıb

26 May, 2017
18:11
2230

Azərbaycanda seçicilərin sayı açıqlanıb

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Azərbaycan Respublikasından seçicilərin sayı açıqlanıb.

Oxu.Az-ın APA-ya istinadən verdiyi məlumata görə, bu gün Mərkəzi Seçki Komissiyasının (MSK) ölkə üzrə vahid seçicilər siyahısının tərtib edilməsi və dəqiqləşdirilməsinin yekunlarına həsr olunan iclasında MSK sədri Məzahir Pənahov bildirib ki, 2017-ci il may ayının 26-na olan məlumata əsasən ölkə üzrə vahid seçicilər siyahısına 5 milyon 163 min 250 seçici daxil edilib. Seçicilərin təqribən 48,42 faizini kişilər, 51,58 faizini isə qadınlar təşkil edir.

Qeyd edək ki, keçən ilin müvafiq dövründə Azərbaycan üzrə seçicilərin sayı 5 milyon 127 min 111 nəfər olub.

İclasda seçici siyahılarının dəqiqləşdirilməsi ilə bağlı fəaliyyətin yekunları geniş müzakirə edilib və prosesin inkişaf dinamikası xüsusi vurğulanıb. Müzakirələrdən sonra MSK 2017-cı ilin daimi seçicilər siyahısının tərtib edilməsi və dəqiqləşdirilməsi işini başa çatdırılmasına, siyahıların məntəqə və dairə seçki komissiyaları tərəfindən təsdiq olunması üçün aidiyyəti üzrə dairə seçki komissiyalarına (DSK) göndərilməsinə, həmçinin respublika üzrə seçicilərin daimi siyahısının dövlət avtomatlaşdırılmış informasiya sistemi vasitəsilə tərtib olunub, MSK-nın rəsmi internet səhifəsində yerləşdirilməklə ictimailəşdirilməsinə dair qərar verib.

Z.Q.
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Siyasət xəbərləri