26 
May
2017
18:01
214
62
4457
Virtual karabakh

Zakir Həsənov MDB Müdafiə Nazirləri Şurasının iclasında iştirak edib – FOTO

26 May, 2017
18:01
4457

Zakir Həsənov MDB Müdafiə Nazirləri Şurasının iclasında iştirak edib – FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Azərbaycanın müdafiə naziri, general-polkovnik Zakir Həsənov Müstəqil Dövlətlər Birliyinin Müdafiə Nazirləri Şurasının Moskva şəhərində keçirilən növbəti iclasında iştirak edib.

Oxu.Az-ın Müdafiə Nazirliyinin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, iclasdan əvvəl MDB iştirakçı-dövlətlərin müdafiə nazirləri Naməlum Əsgər abidəsi önünə əklil qoyub, “Həyat ağacı” heykəltəraşlıq kompozisiyasının açılış mərasimində və Müdafiə Nazirliyi Beynəlxalq mərkəzində şam ağaclarının əkilməsində iştirak ediblər.

Sonra müdafiə nazirlərinin görüşü keçirilib. Görüşdə cari hərbi əməkdaşlıq məsələləri və gələcək perspektivlər müzakirə olunub.

Z.Q.
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Siyasət xəbərləri