26 
May
2017
21:46
15
117
2094
Virtual karabakh

XİN Misirdəki terror aktı ilə bağlı bəyanat verib

26 May, 2017
21:46
2094

XİN Misirdəki terror aktı ilə bağlı bəyanat verib

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Azərbaycan Xarici İşlər Nazirliyi Misirdəki terror aktını qınayıb.

Oxu.Az-ın məlumatına görə, bu barədə XİN-nin rəsmi “Twitter” səhifəsində yayılan bəyanatında deyilir.

“Biz Misirdə baş verən terror aktını qınayırıq və Misir xalqına və həlak olanların ailələrinə başsağlığı veririk”, - bəyanatda bildirilir.

Xatırladaq ki, Misirin cənubundakı Əl-Minya əyalətində bir qrup silahlı kopt xristianlarının olduğu avtobusu atəşə tutub. Hücum nəticəsində qeyri-rəsmi məlumatlara görə, 35, rəsmilərin açıqladığı rəqəmlərə əsasən isə 28 nəfər həlak olub. 

S.B.
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Siyasət xəbərləri