26 
May
2017
22:01
386
87
5182
Virtual karabakh

Rusiya Polad Bülbüloğlunu dəstəklədi

26 May, 2017
22:01
5182

Rusiya Polad Bülbüloğlunu dəstəklədi

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Moskvada Azərbaycan Respublikasının milli bayramı – Respublika Günü münasibətilə qəbulun gedişi zamanı Rusiya XİN başçısının müavini Qriqori Karasin virtualaz.org-un xüsusi müxbirinə bildirib ki, YUNESKO-nun baş direktorunun seçkilərində Rusiya Polad Bülbüloğlunun namizədliyini dəstəkləyir.

Oxu.Az xəbər verir ki, rusiyalı diplomatın sözlərinə görə, Polad Bülbüloğlu bu vəzifəyə ən yaxşı namizədlərdəndir.

Xatırladaq ki, Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu Təhsil, Elm və Mədəniyyət üzrə Birləşmiş Millətlər Təşkilatının baş direktoru vəzifəsinə rəsmən namizəddir. Onun namizədliyi Azərbaycan tərəfindən YUNESKO-nun İcraiyyə Şurasına təqdim edilib. Seçkilər bu ilin payızında keçiriləcək.

S.B.
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Siyasət xəbərləri