29 
May
2017
15:32
160
86
1717
Virtual karabakh

Ruhani Azərbaycan prezidentinə məktub göndərib

29 May, 2017
15:32
1717

Ruhani Azərbaycan prezidentinə məktub göndərib

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

İran prezidenti Həsən Ruhani Azərbaycan dövlət başçısı İlham Əliyevə məktub ünvanlayıb.

Oxu.Az-ın APA-ya istinadən məlumatına görə, H. Ruhani İlham Əliyevi və Azərbaycan xalqını 28 May - Respublika günü münasibətilə təbrik edib.

“Azərbaycanın müstəqilliyinin ildönümünü münasibətilə Sizi, dövlətinizi və ölkənizin xalqını səmimi qəlbdən təbrik edirəm.

İki ölkə arasında güclü potensial, eləcə də iki xalqı bir-birinə bağlayan tarixi, mədəni və dini bağlar var. Əməkdaşlığın günbəgün artırılması və qarşılıqlı mənafe uğrunda əlaqələrin inkişafı üçün misilsiz şərait mövcuddur. 

Əminəm ki, iki ölkənin əlaqələrində önəmli addımlar ata biləcəyik. Əlaqələrimizin daha da inkişaf edəcəyinə böyük ümidlər var.

Allah Təaladan Sizə sağlamlıq və müvəffəqiyyət, Azərbaycan xalqına isə başıucalıq və inkişaf arzulayıram", - məktubda deyilir”.

S.B.
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Siyasət xəbərləri