29 
May
2017
15:53
48
117
1494
Virtual karabakh

Azərbaycan XİN rəhbəri Kolumbiyaya yola düşüb

29 May, 2017
15:53
1494

Azərbaycan XİN rəhbəri Kolumbiyaya yola düşüb

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Xarici işlər naziri Elmar Məmmədyarov Kolumbiyaya rəsmi səfərə yola düşüb.

Nazirlikdən Oxu.Az-a verilən məlumata görə, səfər çərçivəsində E.Məmmədyarovun Kolumbiya xarici işlər naziri Mariya Angela Olgin və digər rəsmi şəxslərlə görüşü, nazirlər səviyyəsində Azərbaycanla Kolumbiya arasında siyasi məsləhətləşmələrin dördüncü mərhələsinin keçirilməsi və mədəniyyət sahəsində əməkdaşlıq haqqında Sazişin imzalanması nəzərdə tutulub.

Həmçinin səfər əsnasında müxtəlif dövrlərdə yaşayıb-yaratmış Azərbaycan və Kolumbiya şairlərinin yaradıcılığından ibarət “Azərbaycan/Kolumbiya İyirmi şeir” (Azerbaiyán/Colombia Veinte poemas) kitabının təqdimatı keçiriləcək.

Xatırladaq ki, 8 iyul 2013-cü ildə Kolumbiyanın xarici işlər naziri Maria Angela Olqinin rəhbərlik etdiyi nümayəndə heyəti Azərbaycanda rəsmi səfərdə olub.

S.B.
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Siyasət xəbərləri