İyn
2017
16:30
348
63
33724
Virtual karabakh

Prezident Administrasiyasının yeni strukturu təsdiqləndi – SİYAHI + YENİLƏNİB

1 İyn, 2017
16:30
33724

Prezident Administrasiyasının yeni strukturu təsdiqləndi – SİYAHI + YENİLƏNİB

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Azərbaycan Respublikası Prezidenti Administrasiyasının yeni strukturu təsdiqlənib.

Oxu.Az Report-a istinadən xəbər verir ki, yeni strukturda Prezidentin köməkçilərinin sayı 5-dən 10-a çatdırılıb.

Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının rəhbəri Ramiz Mehdiyev

Azərbaycan Respublikası Prezidentinin köməkçisi Cəmilə Abbasova

Azərbaycan Respublikasının Birinci vitse-prezidentinin Katibliyinin rəisi Altay Həsənov

Prezidentin aqrar siyasət məsələləri üzrə köməkçisi - şöbə müdiri Azər Əmiraslanov

Prezidentin ərazi-təşkilati məsələləri üzrə köməkçisi - şöbə müdiri Zeynal Nağdəliyev

Prezidentin hüquq-mühafizə orqanları ilə iş və hərbi məsələlər üzrə köməkçisi - şöbə müdiri Fuad Ələsgərov

Prezidentin xarici siyasət məsələləri üzrə köməkçisi - şöbə müdiri Novruz Məmmədov

Prezidentin ictimai-siyasi məsələlər üzrə köməkçisi - şöbə müdiri Əli Həsənov

Prezidentin iqtisadi məsələlər üzrə köməkçisi - şöbə müdiri Əli Əsədov

Prezidentin iqtisadi siyasət və sənaye məsələləri üzrə köməkçisi - şöbə müdiri Natiq Əmirov

Prezidentin Katibliyinin rəisi - Prezidentin köməkçisi Dilarə Seyidzadə

Prezidentin mətbuat katibi Azər Qasımov

Prezidentin protokol xidmətinin rəisi Elçin Bağırov

Dövlət qulluğu və kadr məsələləri şöbəsinin müdiri Tələt Məcidov

Dövlət nəzarəti şöbəsinin müdiri Eldar Nuriyev

Gənclər siyasəti və idman məsələləri şöbəsinin müdiri Yusuf Məmmədəliyev

Qanunvericilik və hüquq ekspertizası məsələləri şöbəsinin müdiri Şahin Əliyev

Sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsinin müdiri Süleyman İsmayılov

Strateji araşdırma və planlaşdırma şöbəsinin müdiri Səadət Yusifova.

16:18

Azərbaycan Respublikası Prezidenti Administrasiyasının strukturunda dəyişiklik edilib.

Oxu.Az-ın APA-ya istinadən məlumatına görə, dövlət başçısının yeni köməkçiləri təyin olunub.

Dilarə Seyidzadə prezidentin köməkçisi, Azər Əmiraslanov prezidentin aqrar siyasət məsələləri üzrə köməkçisi, Zeynal Nağdəliyev prezidentin ərazi-təşkilati məsələləri üzrə köməkçisi, Fuad Ələsgərov prezidentin hüquq-mühafizə orqanları ilə iş və hərbi məsələlər üzrə köməkçisi, Novruz Məmmədov prezidentin xarici siyasət məsələləri üzrə köməkçisi təyin edilib.

Prezidentin hərbi məsələlər üzrə köməkçisi indiyədək Vahid Əliyev idi.

N.О.

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Siyasət xəbərləri