16 
İyn
2017
12:23
8
129
4047
Virtual karabakh

XİN Əfqan Muxtarlı ilə bağlı qətnaməyə reaksiya verdi

16 İyn, 2017
12:23
4047

XİN Əfqan Muxtarlı ilə bağlı qətnaməyə reaksiya verdi

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev Avropa Parlamentində Azərbaycanla əlaqədar qəbul edilmiş qətnaməyə münasibət bildirib.

Oxu.Az xəbər verir ki, XİN nümayəndəsi qətnaməni qərəzli adlandırıb: “2017-ci il iyunun 15-də Avropa Parlamenti tərəfindən Əfqan Muxtarlı ilə bağlı qətnamə qəbul edilib. Cəmi 20 dəqiqəyə yaxın davam edən müzakirələr nəticəsində qəbul edilmiş bu qərəzli və uydurma xarakterli sənəd heç bir hüquqi qüvvəyə malik deyil və hər hansı hüquqi və digər nəticə doğurmur.

Eyni zamanda, qətnamənin qəbul edilməsinin təxirə salınması ilə bağlı keçirilmiş səsvermədə səslər arasındakı fərqin az olması Avropa Parlamentində Azərbaycanla əlaqələrə əhəmiyyət verən kifayət qədər deputatın olduğunu göstərir. Belə ki, sözügedən sənədin təxirə salınması təklifinə 272 deputat dəstək verib və 27-si bitərəf qalıb”.

E.Ə.
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Siyasət xəbərləri