19 
İyn
2017
10:03
11
131
1101
Virtual karabakh

Həmsədrlərin Azərbaycana səfəri başlayıb – YENİLƏNİB

19 İyn, 2017
10:03
1101

Həmsədrlərin Azərbaycana səfəri başlayıb – YENİLƏNİB

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

ATƏT-in Minsk qrupunun ABŞ-dan olan həmsədri Riçard Hoqland Azərbaycana gəlib.

Oxu.Az xəbər verir ki, bu barədə APA-ya ABŞ-ın Azərbaycandakı səfirliyindən bildirilib.

Qeyd edək ki, bu gün Minsk qrupu həmsədrlərinin Azərbaycana səfəri başlayır. Həmsədrlər Bakıda bir sıra rəsmi görüşlər keçirəcəklər.

Həmsədrlər ötən həftə  Ermənistan və Dağlıq Qarabağda olub. Azərbaycana səfərdən sonra həmsədrlərin bəyanat verəcəyi gözlənilir.

08:48

Bu gün ATƏT-in Minsk qrupunun həmsədrləri Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üzrə danışıqlar aparmaq üçün Azərbaycana gələcəklər.

Oxu.Az Report-a istinadən xəbər verir ki, vasitəçilər bundan əvvəl Ermənistanda olublar.

Onlar iyunun 12-də Dağlıq Qarabağda Azərbaycanın işğal olunmuş ərazilərinə səfər ediblər.

S.S.
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Siyasət xəbərləri