19 
İyn
2017
13:33
20
110
1907
Virtual karabakh

Əli Həsənov Avropa Parlamentinin Azərbaycanla bağlı qətnaməsini ədalətsiz hesab edir

19 İyn, 2017
13:33
1907

Əli Həsənov Avropa Parlamentinin Azərbaycanla bağlı qətnaməsini ədalətsiz hesab edir

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Azərbaycan dövləti siyasətini öz xalqının maraqları üzərində qurur. Bizim üçün əsas Azərbaycan xalqının, Azərbaycan ictimaiyyətinin rəyidir. Əlbəttə, beynəlxalq təşkilatlar bu və ya digər məsələlərə münasibət bildirir, bu onların işi, onların mövqeyidir”.

Oxu.Az –ın APA-ya istinadən verdiyi xəbərinə görə, bunu Azərbaycan prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi - şöbə müdiri Əli Həsənov Avropa Parlamentinin Azərbaycanla bağlı iyunun 15-də qəbul etdiyi qətnaməyə münasibət bildirərkən deyib.

Ə. Həsənov qeyd edib ki, Avropa Parlamentinin qəbul etdiyi qətnamədə ədalətsizlik var və buna Milli Məclis sədrinin birinci müavini Ziyafət Əsgərov tərəfindən münasibət bildirilib: “Parlament sədrinin 1-ci müavini Ziyafət Əsgərov tərəfindən qətnaməyə münasibət bildirilib. Bu münasibəti yetərli hesab edir, bundan artığına biz ehtiyac görmürük”.

A.H

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Siyasət xəbərləri