19 
İyn
2017
18:40
381
355
6497
Virtual karabakh

Tünzalə Ağayeva Leyla Əliyevanın şeirinə bəstələdiyi mahnının klipini təqdim etdi – VİDEO

19 İyn, 2017
18:40
6497

Tünzalə Ağayeva Leyla Əliyevanın şeirinə bəstələdiyi mahnının klipini təqdim etdi – VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Xəbər verdiyimiz kimi, Əməkdar artist Tünzalə Ağayeva “Baku” jurnalının baş redaktoru, Heydər Əliyev Fondunun vitse-prezidenti, prezident İlham Əliyevin böyük qızı Leyla Əliyevanın “Ne boysa” adlı şeirinə mahnı bəstələyərək klip çəkdirib.

Oxu.Az xəbər verir ki, ifaçı sözügedən ekran işini bu gün sosial şəbəkə izləyicilərinə təqdim edib.

“Şeirdə yalnızlıq hissi ilə yaşayan insanlara gözəl və lazımi mesaj var - qorxma, hər bir halda və hər anında yaradan səninlədir. Ümumiyyətlə, mənə görə musiqi dinləyicini depressiyaya, neqativə aparmalı deyil, əksinə ruhunu qidanlandırmalıdır, güc verməlidir və bu baxımdan da mahnının həm sözlərini, həm musiqisini tamaşaçı üçün faydalı hesab edirəm.

Klip çəkilişini istedadlı klipmeyker və fotoqraf Fərhad Əli öz üzərinə götürdü. Çəkilişlər, əsasən, Quba, Xınalıqda baş tutub. Klipin qəhrəmanları həmin gözəl regionların yerli sakinləridir. Mahnının və klipin ərsəyə gəlməsində böyük komanda çalışıb”, -deyə o şərh yazıb.

A.S.
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Siyasət xəbərləri