21 
İyn
2017
20:38
96
56
17873
Virtual karabakh

Prezident BDU və İqtisad Universiteti ilə bağlı sərəncam verdi

21 İyn, 2017
20:38
17873

Prezident BDU və İqtisad Universiteti ilə bağlı sərəncam verdi

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Azərbaycan prezidenti İlham Əliyev Bakı Dövlət Universitetinin və Azərbaycan Dövlət İqtisad Universitetinin yenidən təşkili haqqında sərəncam imzalayıb.

Oxu.Az-ın məlumatına görə, sərəncama əsasən Bakı Dövlət Universiteti və Azərbaycan Dövlət İqtisad Universiteti Təhsil Nazirliyinin tabeliyində publik hüquqi şəxs statusuna malik olan universitetlərə çevrilmə yolu ilə yenidən təşkil ediləcək.

Nazirlər Kabinetinə bu sərəncamda nəzərdə tutulmuş publik hüquqi şəxslərin nizamnamələrinin layihələrini və təsisçilərinin səlahiyyətlərini həyata keçirənlər barədə təkliflərini iki ay müddətində hazırlayıb Azərbaycan Prezidentinə təqdim etmək tapşırılıb.
 
Ədliyyə Nazirliyinə tapşırılır ki, mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların bu sərəncama uyğunlaşdırılmasını təmin edib Nazirlər Kabinetinə məlumat versin.

Xatırladaq ki, bir neçə gün əvvəl dövlət başçısı Azərbaycan Dillər Universitetinin də Təhsil Nazirliyinin tabeliyində publik hüquqi şəxs statusuna malik olan universitetə çevrilmə yolu ilə yenidən təşkil edilməsinə dair Sərəncam imzalayıb.

S.B.
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Siyasət xəbərləri