22 
İyn
2017
13:17
14
161
1876
Virtual karabakh

Zaxarova: Həmsədrlərin son bəyanatı Rusiya XİN-in mövqeyini tam əks etdirir

22 İyn, 2017
13:17
1876

Zaxarova: Həmsədrlərin son bəyanatı Rusiya XİN-in mövqeyini tam əks etdirir

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“ATƏT-in Minsk qrupu həmsədrlərinin regiona səfərinin yekunlarına dair bəyanatı Rusiya Xarici İşlər Nazirliyinin məsələ ilə bağlı mövqeyini tam əks etdirir”.

Oxu.Az-ın APA-ya istinadən məlumatına görə, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova deyib.

“Həmsədrlərin bəyanatında o cümlədən Rusiyanın mövqeyi və regionda baş verənlərlə bağlı son qiymətləndirmə əks olunub”, - deyə o vurğulayıb.

Bununla yanaşı M. Zaxarova qeyd edib ki, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması mövzusu daim Rusiya Xarici İşlər Nazirliyinin gündəmindədir.  

Diplomat onu da vurğulayıb ki, Qarabağ nizamlanması iyunun 20-də Moskvada keçirilən Rusiya və Fransa xarici işlər nazirlərinin görüşündə müzakirə olunmayıb.

N.О.

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Siyasət xəbərləri