22 
İyn
2017
16:00
135
27
2298
Virtual karabakh

Lapşinin məhkəməsinin baxış iclasının vaxtı təyin edildi - YENİLƏNİB

22 İyn, 2017
16:00
2298

Lapşinin məhkəməsinin baxış iclasının vaxtı təyin edildi - YENİLƏNİB

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Bloqger Aleksandr Lapşinin cinayət işi üzrə məhkəmənin hazırlıq iclası başa çatıb.

Oxu.Az-ın APA-ya istinadən məlumatına görə, prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.

A. Lapşin prosesdə İsrail, Ukrayna və Rusiya vətəndaşlığını daşıdığını, himayəsində azyaşlı uşağı olduğunu deyib.

Bildirib ki, ittiham aktı ilə tanış olub. O, sonuncu yaşayış yerinin İsrail olduğunu da deyib.

A. Lapşinin vəkili hər hansı vəsatətlə çıxış etməyib.

Məhkəmənin baxış iclası iyunun 30-na təyin edilib.

14:28

Bakı Ağır Cinayətlər Məhkəməsində Azərbaycanda həbsdə olan blogger Aleksandr Lapşinin cinayət işi üzrə məhkəmənin hazırlıq iclası başlayıb.

Oxu.Az-ın APA-ya istinadən verdiyi məlumatına görə, prosesə hakim Əlövsət Abbasov sədrlik edir.

Qeyd edək ki, ayrı-ayrı dövlətlərin vətəndaşlığını daşıyan A. Lapşin Azərbaycanın dövlət sərhədini qanunsuz olaraq keçmə, ərazi bütövlüyünü parçalamağa yönələn açıq çağırışlar etmə əməllərinə görə Azərbaycan Baş Prokurorluğunun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsində istintaqı aparılan cinayət işi əsasında təqsirləndirilən şəxs qismində cəlb edilərək beynəlxalq və dövlətlərarası axtarışa verilməsi ilə əlaqədar 2016-cı il dekabrın 15-də Belarus Respublikasının hüquq-mühafizə orqanları tərəfindən Minskdə saxlanılaraq, 2017-ci il fevralın 7-də Azərbaycan Respublikasına ekstradisiya edilib. 

A. Lapşin Cinayət Məcəlləsinin 281.2 (dövlətə qarşı açıq çağırışlar) və 318.2 (sərhədi qanunsuz keçmək) maddələri üzrə ittiham olunur.

N.О.

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Siyasət xəbərləri