22 
İyn
2017
14:45
283
44
1829
Virtual karabakh

Prezident “Dini etiqad azadlığı haqqında” qanunla bağlı fərman imzalayıb

22 İyn, 2017
14:45
1829

Prezident “Dini etiqad azadlığı haqqında” qanunla bağlı fərman imzalayıb

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Azərbaycan Prezidenti İlham Əliyev “Dini etiqad azadlığı haqqında” qanuna dəyişiklikləri təsdiqləyib.

Oxu.Az-ın məlumatına görə, qanuna aşağıdakı dəyişikliklər edilib:

1-ci maddənin dördüncü hissəsi aşağıdakı redaksiyada verilib: “Dini mərkəz tərəfindən dəvət edilmiş din xadimləri istisna olmaqla, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər tərəfindən dini təbliğat aparılması qadağandır”.

21-ci maddənin üçüncü hissəsinin ikinci cümləsi aşağıdakı redaksiyada verilib: “Xaricdə dini təhsil almış Azərbaycan Respublikasının vətəndaşları Qafqaz Müsəlmanları İdarəsi tərəfindən müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırmaqla islam dininə aid ayin və mərasimlərin aparılmasına buraxıla bilərlər”.

24-cü maddənin ikinci hissəsi isə aşağıdakı redaksiyada verilib: “Vətəndaşların təhsil almaq üçün xarici ölkələrin dini tədris müəssisələrinə göndərilməsi, dini tədris müəssisələri tələbələrinin və müəllimlərinin, habelə din xadimlərinin və mütəxəssislərinin mübadiləsi müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırmaqla dini mərkəz tərəfindən həyata keçirilir”.

N.О.

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Siyasət xəbərləri