22 
İyn
2017
15:25
188
97
1752
Virtual karabakh

Moldova prezidenti Heydər Əliyevin məzarını ziyarət edib - FOTO

22 İyn, 2017
15:25
1752

Moldova prezidenti Heydər Əliyevin məzarını ziyarət edib - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Azərbaycanda rəsmi səfərdə olan Moldova prezidenti İqor Dodon iyunun 22-də Fəxri xiyabanda Heydər Əliyevin məzarını ziyarət edib.

Oxu.Az-ın məlumatına görə, Moldova lideri Heydər Əliyevin məzarı önünə əklil qoyub, xatirəsini ehtiramla yad edib.

İ. Dodon akademik Zərifə Əliyevanın məzarı üstünə tər çiçəklər düzüb.

Moldova prezidenti Şəhidlər Xiyabanını da ziyarət edib.

İ. Dodon Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizədə canlarından keçmiş qəhrəmanların xatirəsini yad edib, “Əbədi məşəl” abidəsinin önünə əklil qoyub.

Azərbaycan paytaxtını seyr edən Moldova prezidentinə Şəhidlər xiyabanının tarixi və Bakıda görülən abadlıq-quruculuq işləri barədə məlumat verilib.

N.О.

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Siyasət xəbərləri