22 
İyn
2017
15:27
47
45
1190
Virtual karabakh

Kosto-Rikanın XİN rəhbəri Bakıya gəlir – FOTO

22 İyn, 2017
15:27
1190

Kosto-Rikanın XİN rəhbəri Bakıya gəlir – FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Kosto-Rikanın Xarici İşlər və Dini etiqad Naziri Manuel Qonzales Sans  sabah Azərbaycana rəsmi səfərə gələcək.

Oxu.Az-ın News.az-a istinadən verdiyi məlumata görə, səfər çərçivəsində Kosto-Rikanın XİN rəhbərinin azərbaycanlı həmkarı Elmar Məmmədyarov və digər rəsmi şəxslərlə görüşü nəzərdə tutulub.

Görüşlərdə ikitərəfli əlaqələrin inkişaf perspektivləri müzakirə olunacaq, dünyada və regionda baş verən proseslər barədə fikir mübadiləsi aparılacaq.

Məlumata əsasən, Manuel Qonzales Sans səfəri çərçivəsində Azərbaycanda Kosta-Rikanın səfirliyinin açılması barədə danışıqlar aparacaq.

Qeyd edək ki, xarici işlər naziri Elmar Məmmədyarovun 1-2 iyun 2017-ci il tarixli səfəri çərçivəsində nazirlər tərəfindən birgə mətbuat açıqlaması imzalanıb.

Mətbuat açıqlamasında bildirilir: “Nazirlər bir-birilərinin ərazi bütövlüyü, suverenliyi və beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığına qarşılıqlı hörmət və dəstəyi bir daha bəyan etdilər. Onlar həmçinin gücdən istifadə ilə dövlətlərin beynəlxalq səviyyədə tanınmış sərhədlərinin dəyişdirilməsi cəhdlərinin qəbuledilməz olduğunu vurğuladılar.

Manuel Gonzalez Sanz Kosta Rikanın Ermənistan-Azərbaycan münaqişəsinin BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrinə uyğun olaraq, Azərbaycanın tanınmış sərhədləri çərçivəsində ərazi bütövlüyü və suverenliyi əsasında nizamlanmasını tam dəstəklədiyini bəyan etdi”.

Xatırladaq ki, Azərbaycanın XİN rəhbəri cari ilin 1 iyun tarixində Kosta-Rikada rəsmi səfərdə olub.

N.O.

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Siyasət xəbərləri