22 
İyn
2017
15:52
109
17
994
Virtual karabakh

Azərbaycan, Gürcüstan və Türkiyə XİN rəhbərləri Bakıda görüşəcəklər

22 İyn, 2017
15:52
994

Azərbaycan, Gürcüstan və Türkiyə XİN rəhbərləri Bakıda görüşəcəklər

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Azərbaycan, Gürcüstan və Türkiyə xarici işlər nazirlərinin yaxın zamanlarda üçtərəfli görüşü keçiriləcək.

Oxu.Az News.az-a istinadən məlumat verir ki, Elmar Məmmədyarov, Mixail Canelidze, və Mövlud Çavuşoğlunun görüşü Bakıda baş tutacaq.

Məlumata əsasən, üçtərəfli görüş çərçivəsində regional əməkdaşlığın ümumi maraqlar üzrə inkişaf perspektivləri, regional stabillik və təhlükəsizliyin möhkəmləndirilməsi, həmçinin əvvəlki görüşlərdə qəbul olunan qərarların müzakirələri həyata keçiriləcək.

Xatırladaq ki, bu, üç ölkənin xarici işlər nazirlərinin Altıncı Üçtərəfli Görüşüdür.

Azərbaycan, Türkiyə və Gürcüstanın XİN rəhbərlərinin daha öncəki görüşü 19 fevral 2016-cı il tarixində, Gürcüstanın paytaxtı Tbilisidə baş tutub. 

Məlumata əsasən, yaxın zamanlarda Bakıda Azərbaycan, Türkiyə və Türkmənistan XİN rəhbərlərinin də üçtərəfli görüşü keçiriləcək.

N.О.

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Siyasət xəbərləri