23 
İyn
2017
09:54
5
80
1017
Virtual karabakh

Quterriş Qarabağ münaqişəsi üzrə danışıqların bərpasından danışdı

23 İyn, 2017
09:54
1017

Quterriş Qarabağ münaqişəsi üzrə danışıqların bərpasından danışdı

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

BMT Azərbaycan və Ermənistan qoşunlarının təmas xəttində atəşkəs rejiminin son pozulması ilə əlaqədar ATƏT-in Minsk qrupunun narahatlıqlarını bölüşür. 

Oxu.Az Report-a istinadən xəbər verir ki, bu barədə BMT-nin baş katibi Antoniu Quterrişin bəyanatında deyilir.

"Biz onların (ATƏT-in Minsk qrupunun həmsədrlərinin - red.) tərəfləri növbəti gərginlikdən yayınmağa və gərginliyi azaldacaq tədbirləri nəzərdən keçirməyə dair çağırışını təkrar edirik. Biz həmçinin həmsədrlərin tərəfləri substantiv, xoş niyyətli və siyasi iradə nümayişi ilə danışıqlara səsləyən fikrinə qoşuluruq. Birləşmiş Millətlər Təşkilatı lazım olarsa, belə səyləri dəstəkləməyə hazırdır", - BMT baş katibinin bəyanatında bildirilib.

N.О.

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Siyasət xəbərləri