23 
İyn
2017
15:20
236
12
2729
Virtual karabakh

Çexiyanın Azərbaycandakı səfiri XİN-ə çağırılacaq

23 İyn, 2017
15:20
2729

Çexiyanın Azərbaycandakı səfiri XİN-ə çağırılacaq

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) Çexiyanın Ermənistandakı səfirinin açıqlamasını şərh edib.

XİN-in Mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev Oxu.Az-a bildirib ki, Azərbaycan Respublikasının Çexiyadakı Səfirliyi bu ölkənin Xarici İşlər Nazirliyinə müraciət edərək, həqiqətən, bu fikirlərin Çexiyanın Ermənistandakı səfiri tərəfindən söyləndiyini araşdıracaq: “Çexiyanın Azərbaycandakı səfiri də məsələ ilə əlaqədar XİN-ə çağırılacaq. Əgər, həqiqətən, belə fikirlər Çexiya səfiri tərəfindən deyilibsə, bu, qanuna və beynəlxalq hüququn norma və prinsiplərinə ziddir. Əksinə, bu kimi açıqlaması ilə çex səfiri cinayət tərkibi olan hüquqi məsələləri siyasiləşdirir.

Azərbaycanın işğal olunmuş ərazilərinə qanunsuz səfər edərək, Azərbaycanın ərazi bütövlüyü, suverenliyi və konstitusiya əsaslarının pozulmasına açıq çağırışlar edən, qanunsuz kriminal rejimlə iş birliyinə girən, etnik və dini zəmində nifaq yaradan fərdlərə qarşı Azərbaycan Respublikasının Cinayət Məcəlləsinə uyğun olaraq cinayət işi açılır.

Onlardan biri də Avropa Parlamentinin üzvü statusundan sui-istifadə edərək erməni lobbisinin maliyyəsi ilə işğal olunmuş Azərbaycan ərazilərinə səfərlər edən və bu kimi qeyri-qanuni fəaliyyətləri həyata keçirən Çexiya vətəndaşı Yaromir Ştetinadır.

Səfirə xatırlatmaq istərdik ki, Çexiya Respublikasının Cinayət Məcəlləsinin IX və X Fəslinə və müvafiq olaraq 309, 310, 323 və 324-cü maddələrinə əsasən, Çexiya dövlətinin ərazi bütövlüyü, suverenliyi, konstitusiya əsası və dövlət hakimiyyətinə qarşı fəaliyyətə görə 10 ildən 18 ilə qədər ağır cəza nəzərdə tutulur.

Yəni Yaromir Ştetina Azərbaycanın işğal olunmuş ərazilərində etdiyi bu fəaliyyəti Çexiyada etsəydi, onu belə ağır cəza gözləyirdi.

Amma Yaromir Ştetinanın eyni tərkibli cinayət əməllərini Azərbaycanın işğal olunmuş ərazilərində etməsinin qarşısını almaq üçün Çexiya hakimiyyət orqanları tərəfindən lazımi tədbirlər görülmür”.

Xatırladaq ki, Çexiyanın Ermənistandakı səfiri Petr Mikiska Dağlıq Qarabağa qanunsuz səfər etmiş Avropa Parlamentinin deputatları Frank Engel (Lüksemburq), Eleni Teorxarus (Kipr) və Yaromir Ştetinanın Azərbaycanın tərəfindən beynəlxalq axtarışa verilməsinin hüquqi deyil, siyasi xarakter daşıdığını iddia edib. 

N.О.

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Siyasət xəbərləri