23 
İyn
2017
19:04
226
41
13063
Virtual karabakh

İlham Əliyev bu ölkələrdəki səfirləri geri çağırdı

23 İyn, 2017
19:04
13063

İlham Əliyev bu ölkələrdəki səfirləri geri çağırdı

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Prezident İlham Əliyev Elçin Əmirbəyovun Azərbaycan Respublikasının Fransa Respublikasında, eyni zamanda Müqəddəs Taxt-Tacda (Vatikan Dövlətində) və Monako Knyazlığında fövqəladə və səlahiyyətli səfiri vəzifəsindən geri çağırılması haqqında sərəncam imzalayıb. 

Oxu.Az-ın məlumatına görə, sərəncama əsasən, Elçin Oktyabr oğlu Əmirbəyov Azərbaycan Respublikasının Fransa Respublikasında, eyni zamanda Müqəddəs Taxt-Tacda (Vatikan Dövlətində) və Monako Knyazlığında fövqəladə və səlahiyyətli səfiri vəzifəsindən geri çağırılıb.

Dövlət başçısının digər sərəncamı ilə Rəhman Sahib oğlu Mustafayev Azərbaycan Respublikasının Fransa Respublikasında fövqəladə və səlahiyyətli səfiri təyin edilib.

İlham Əliyevin başqa bir sərəncamı ilə Rəhman Sahib oğlu Mustafayev Azərbaycan Respublikasının Yunanıstan Respublikasında və eyni zamanda Albaniya Respublikasında fövqəladə və səlahiyyətli səfiri vəzifəsindən geri çağırılıb.

S.B.
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Siyasət xəbərləri