28 
İyn
2017
17:08
529
203
7501
Virtual karabakh

İlham Əliyevin Polşaya rəsmi səfəri başa çatıb – YENİLƏNİB + FOTO

28 İyn, 2017
17:08
7501

İlham Əliyevin Polşaya rəsmi səfəri başa çatıb – YENİLƏNİB + FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Azərbaycan Respublikasının prezidenti İlham Əliyevin Polşa Respublikasına rəsmi səfəri iyunun 28-də başa çatıb.

Oxu.Az-ın məlumatına görə, bu barədə prezidentin mətbuat xidməti məlumat yayıb.

12:47

Azərbaycan Respublikasının prezidenti İlham Əliyev iyunun 28-də Varşavada Polşa Respublikasının baş naziri xanım Beata Şidlo ilə görüşüb.

Oxu.Az-ın məlumatına görə, bu barədə prezidentin mətbuat xidməti məlumat yayıb. 

27.06.2017 17:21

Azərbaycan Respublikasının prezidenti İlham Əliyev iyunun 27-də Varşavada “Naməlum əsgər” abidəsini ziyarət edib.

Oxu.Az-ın məlumatına görə, abidənin qarşısında dövlətimizin başçısının şərəfinə fəxri qarovul dəstəsi düzülüb.

Prezident İlham Əliyev “Əbədi məşəl”in önünə əklil qoydu, İkinci Dünya müharibəsində həlak olmuş döyüşçülərin xatirəsini ehtiramla yad edib.

Azərbaycanın və Polşanın dövlət himnləri səslənib.

Fəxri qarovul dəstəsi hərbi marşın sədaları altında dövlətimizin başçısının qarşısından keçib.

15:29

Bu gün sənədlərin imzalanması mərasimi başa çatdıqdan sonra Azərbaycan Respublikasının prezidenti İlham Əliyev və Polşa Respublikasının prezidenti Andjey Duda mətbuata bəyanatlarla çıxış ediblər.

Oxu.Az-ın xəbərinə görə, bu barədə Azərbaycan prezidentinin mətbuat xidməti məlumat yayıb.

14:08

İyunun 27-də təkbətək görüşdən sonra Azərbaycan prezidenti İlham Əliyev və Polşa prezidenti Andjey Duda qarşılıqlı olaraq hədiyyələr təqdim ediblər.

Oxu.Az-ın xəbərinə görə, bu barədə prezidentin mətbuat xidməti məlumat yayıb.

13:41

İyunun 27-də Azərbaycan prezidenti İlham Əliyevin və Polşa prezidenti Andjey Dudanın nümayəndə heyətlərinin iştirakı ilə geniş tərkibdə görüşü olub.

Oxu.Az-ın xəbərinə görə, bu barədə dövlət başçısının mətbuat xidməti məlumat yayıb.

12:48

İyunun 27-də Azərbaycan prezidenti İlham Əliyevin Varşavada rəsmi qarşılanma mərasimi olub.

Oxu.Az-ın xəbərinə görə, prezident İlham Əliyevi Polşa Prezidentinin sarayında prezident Andjey Duda qarşılayıb.

Polşanın dövlət və hökumət nümayəndələri prezident İlham Əliyevə, Azərbaycan nümayəndə heyətinin üzvləri isə prezident Andjey Dudaya təqdim olunub.

Azərbaycan prezidenti Polşada akkreditə olunan diplomatik korpusun təmsilçiləri və Varşava Şəhər Şurasının üzvləri ilə görüşüb.

Rəsmi qarşılanma mərasimi başa çatdıqdan sonra Azərbaycan və Polşa prezidentlərinin təkbətək görüşü keçirilib.

26.06.2017 20:19

Azərbaycan prezidenti İlham Əliyev iyunun 26-da Polşa Respublikasına rəsmi səfərə gəlib.

Oxu.Az-ın məlumatına görə, Azərbaycanın və Polşanın dövlət bayraqlarının dalğalandığı Varşavanın “Okeçie” hərbi hava limanında prezident İlham Əliyevin şərəfinə fəxri qarovul dəstəsi düzülüb.

Azərbaycan prezidentini Polşanın yüksək vəzifəli dövlət və hökumət rəsmiləri qarşılayıblar.

A.S.
www.oxu.az

 

Bizimlə əlaqə saxlayın

Digər Siyasət xəbərləri