13 
İyl
2017
15:00
15
115
10989
Virtual karabakh

“Altes Plaza”da özbaşınalıq: Sakinlər narazılıq edir – VİDEO

13 İyl, 2017
15:00
10989

“Altes Plaza”da özbaşınalıq: Sakinlər narazılıq edir – VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Yasamal rayonu, Şəhriyar küçəsi 21 ünvanında yaşayan “Altes Plaza”ya məxsus binanın sakinləri sözügedən şirkətdən narazıdır.  

Oxu.Az xəbər verir ki, problemlə bağlı Qafqazinfo-ya bina sakini, jurnalist Azər Qərib məlumat verib. 

Jurnalist qeyd edib ki, onları əsas narahat edən məsələ 10 ildən sonra şirkətin binanın 17-ci mərtəbəsində yenidən mənzillər tikməsidir: “Halbuki şirkət yeni mərtəbə ucaltmaq üçün layihə müəllifindən də icazə almalıdır.  Amma layihənin müəllifi ilə bu barədə söhbət aparılmayıb və ondan icazə alınmayıb. Bundan əlavə, illərdir burada yaşamağımıza baxmayaraq, hələ də şirkət bizə “kupça” vermir. Vaxtilə layihədə bizə təqdim etdikləri bəndlər üzrə öhdəliklərini də yerinə yetirmirlər. Binanın qarajını toz basıb, divarların üzlüyü qopub.  Giriş yanğın çıxışındandır. Çünki binanın ayrıca yanğın çıxışı da yoxdur”.

Qeyd edək ki, məsələ ilə bağlı sözügedən şirkətlə əlaqə saxlamağa çalışsaq da, zənglərə cavab verilməyib.

Problemlə bağlı videosüjeti təqdim edirik:

E.Ə.
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Siyasət xəbərləri