13 
İyl
2017
16:41
18
43
1242
Virtual karabakh

İƏT Parlament İttifaqının baş katibi Alxanlı hadisəsi ilə bağlı bəyanat verib

13 İyl, 2017
16:41
1242

İƏT Parlament İttifaqının baş katibi Alxanlı hadisəsi ilə bağlı bəyanat verib

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

İslam Əməkdaşlıq Təşkilatına üzv dövlətlərin Parlament İttifaqının baş katibi Mahmud Erol Kılıç Füzuli rayonunun Alxanlı kəndində baş vermiş son hadisələrlə əlaqədar bəyanat verib.

Oxu.Az APA-ya istinadən bildirir ki, bəyanatda bu il iyulun 4-də Azərbaycanın Fuzuli rayonunun Alxanlı kəndində Ermənistan silahlı qüvvələri tərəfindən törədilən təxribat hərəkətləri; 2 yaşlı qız Quliyeva Zəhra və onun nənəsi Quliyeva Sahibənin şəhid olması, habelə daha bir mülki vətəndaş Quliyeva Sərvinazın yaralanması və bir sıra mülki obyektlərin zərər görməsi ilə nəticələnən cinayət əməlləri şiddətlə qınanılır.

Sənəddə İƏTPİ-nin Baş katibi qurbanların ailəsinə başsağlığı verir və qardaş Azərbaycan xalqı, Parlamenti və Hökuməti ilə həmrəy olduğunu bildirir.

Ü.Ş.

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Siyasət xəbərləri