17 
İyl
2017
17:33
263
38
3017
Virtual karabakh

Azərbaycan prezidenti Riqada - YENİLƏNİB

Bu gün Azərbaycan Respublikasının prezidenti İlham Əliyev Riqada Latviya Respublikası Seyminin sədri xanım İnara Murniyetse ilə görüşüb.

Oxu.Az-ın xəbərinə görə, bu barədə Azərbaycan Respublikası prezidentinin Mətbuat xidməti məlumat yayıb.

14:28

Bu gün Azərbaycan prezidenti İlham Əliyev və Latviya prezidenti Raymonds Veyonis Riqa şəhərindəki “Azadlıq” abidəsini ziyarət ediblər.

Oxu.Az xəbər verir ki, abidənin ucaldıldığı mərkəzi meydanda fəxri qarovul dəstəsi düzülüb. 

Dövlət başçıları abidənin önünə əklil qoyublar, Latviyanın müstəqilliyi uğrunda həlak olanların xatirəsini yad ediblər.

Hərbi orkestrin ifasında Azərbaycanın və Latviyanın dövlət himnləri səsləndirilib.

14:01

Bu gün sənədlərin imzalanması mərasimi başa çatdıqdan sonra Latviya Respublikasının prezidenti Raymonds Veyonis və Azərbaycan Respublikasının prezidenti İlham Əliyev mətbuata bəyanatlarla çıxış ediblər.

Oxu.Az-ın xəbərinə görə, Azərbaycan prezidentinin Latviyaya səfəri davam edir.

13:17

Geniş tərkibdə görüş başa çatdıqdan sonra Azərbaycan prezidenti İlham Əliyevin və Latviya prezidenti Raymonds Veyonisin iştirakı ilə Azərbaycan-Latviya sənədləri imzalanıb.

Oxu.Az-ın xəbərinə görə,  bu barədə Azərbaycan prezidentinin mətbuat xidmətinin yaydığı məlumatda deyilir. 

12:57

Bu gün Riqada Azərbaycan prezidenti İlham Əliyevin və Latviya prezidenti Raymonds Veyonisin geniş tərkibdə görüşü olub.

Oxu.Az xəbər verir ki, məlumatı Azərbaycan prezidentinin mətbuat xidməti yayıb. 

12:09

Bu gün Latviya prezidentinin iqamətgahında – “Riqa” qəsrində Azərbaycan Respublikası prezidenti İlham Əliyevin rəsmi qarşılanma mərasimi olub.

Oxu.Az-ın xəbərinə görə, hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı qəsrin qarşısında Azərbaycan prezidentinin şərəfinə fəxri qarovul dəstəsi düzülüb.

Latviya prezidenti Raymonds Veyonis Azərbaycan prezidenti İlham Əliyevi qarşılayıb. Hərbi orkestrin ifasında Azərbaycanın və Latviyanın dövlət himnləri səsləndirilib.

Fəxri qarovul dəstəsinin rəisi Azərbaycan prezidentinə raport verib. Prezidentlər fəxri qarovul dəstəsinin qarşısından keçiblər.

Latviyanın dövlət və hökumət nümayəndələri Azərbaycan prezidenti İlham Əliyevə, Azərbaycan nümayəndə heyətinin üzvləri Latviya prezidenti Raymonds Veyonisə təqdim olunub.

Azərbaycan prezidenti İlham Əliyev “Riqa” qəsrinin “Gerblər” salonunda Fəxri qonaqlar kitabına ürək sözlərini yazıb.

Sonra hədiyyələr təqdim edilib.

Riqada rəsmi qarşılanma mərasimindən sonra Azərbaycan prezidenti İlham Əliyevin və Latviya prezidenti Raymonds Veyonisin təkbətək görüşü olub.

Görüşdə ikitərəfli münasibətlərin siyasi, iqtisadi və digər sahələrdə uğurla inkişaf etdiyi bildirilib, Azərbaycan prezidentinin Latviyaya rəsmi səfərinin əlaqələrimizin genişləndirilməsi baxımından əhəmiyyəti vurğulanıb. 

İki ölkə arasında ikitərəfli əlaqələrin hazırkı vəziyyəti, inkişaf perspektivləri haqqında fikir mübadiləsi aparılıb, bu əlaqələrin daha da genişləndirilməsi imkanları müzakirə edilib.

Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

N.O.

www.oxu.az

Digər Siyasət xəbərləri