17 
İyl
2017
16:08
30
122
1104
Virtual karabakh

Elmar Məmmədyarov: Qarabağ münaqişəsinin nizamlanması üzrə konkret planı müzakirə etmək lazımdır

Azərbaycan və Ermənistan prezidentlərinin mümkün görüşündə Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üzrə konkret planı müzakirə etmək lazımdır.

Oxu.Az-ın Trend-ə istinadən məlumatına görə, bunu Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov “RİA Novosti”yə müsahibəsində deyib.

İyulun 11-də Brüsseldə ATƏT-in Minsk qrupunun həmsədrlərinin təşəbbüsü ilə Azərbaycan və Ermənistan xarici işlər nazirilərinin görüşü olub. Burada dövlət başçıları səviyyəsində görüşün təşkil edilməsi təklif olunub.

E.Məmmədyarov qeyd edib ki, müvafiq olaraq, xarici işlər nazirləri bu təklifi dövlət başçıları ilə razılaşdırmalıdırlar: “Görüş münaqişənin həlli prosesində mühüm elementdir”.

Lakin nazir vurğulayıb ki, bu görüşlər görüş xatirinə keçirilməməlidir: “Əgər dövlət başçıları səviyyəsində görüş təşkil olunursa, düşünürəm ki, həmsədrlər tərəfindən təklif edilən münaqişənin nizamlanması və onun implementasiyası üzrə planın müzakirəsini təmin etmək lazımdır”

N.О.

www.oxu.az

Digər Siyasət xəbərləri