17 
İyl
2017
16:58
61
53
964
Virtual karabakh

Nazir: Xəzərin hüquqi statusuna dair əsas sənədin 80 faizi razılaşdırılıb

17 İyl, 2017
16:58
964

Nazir: Xəzərin hüquqi statusuna dair əsas sənədin 80 faizi razılaşdırılıb

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Xəzər dənizinin hüquqi statusunun müəyyənləşdirilməsi üçün xarici işlər nazirlərinin müavinləri səviyyəsində işçi qrupu fəaliyyət göstərir. Hələlik yekun konsensus əldə etmək mümkün olmasa da, tərəflər arasında dialoq və qarşılıqlı anlaşma mühiti formalaşıb”.

Oxu.Az-ın APA-ya istinadən məlumatına görə, bunu “RİA Novosti” agentliyinə müsahibəsində xarici işlər naziri Elmar Məmmədyarov deyib.

Nazir yekun sənədin 70-80 faizinin artıq razılaşdırıldığını bildirib.

“Xəzər dənizi ayırıcı yox, birləşdirici sərvətimizdir. Müsbət haldır ki, Xəzəryanı ölkələr addım-addım, səylərini birləşdirərək, həllə yaxınlaşır. Baxmayaraq ki, hüquqi status hələlik müəyyənləşməyib, Xəzərin flora və faunasının qorunması, fövqəladə hallarda qarşılıqlı yardım, terrorla mübarizə və digər sahələrdə əməkdaşlıq məsələləri üzrə hüquqi baza artıq formalaşdırılıb.  

Bu baza bizə əsas verir ki, Xəzərin yekun hüquq statusunun müəyyənləşdirilməsi istiqamətində irəliləyək”, - deyə nazir qeyd edib.  

N.O.

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Siyasət xəbərləri