21 
İyl
2017
01:54
20
114
4014
Virtual karabakh

Naxçıvanın Konstitusiyasında dəyişikliklər ediləcək

21 İyl, 2017
01:54
4014

Naxçıvanın Konstitusiyasında dəyişikliklər ediləcək

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Beşinci çağırış Naxçıvan Muxtar Respublikası Ali Məclisinin altıncı sessiyasının çağırılıb.

Oxu.Az-ın xəbərinə görə, bu barədə APA nəşri məlumat yayıb.

İyulun 25-də keçiriləcək sessiyanın gündəliyinə 2017-ci ilin birinci yarısında Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafının yekunları, “Naxçıvan Muxtar Respublikasının 2017-ci il dövlət büdcəsi haqqında” Naxçıvan Muxtar Respublikasının qanununda dəyişikliklər edilməsi, Naxçıvan Muxtar Respublikasının Konstitusiyasında dəyişikliklər edilməsi, “Naxçıvan Muxtar Respublikasının Ali Məclisinə seçkilər haqqında” Naxçıvan Muxtar Respublikasının qanununda dəyişikliklər edilməsi, “Toxumçuluq haqqında” və “Publik hüquqi şəxslər haqqında” Naxçıvan Muxtar Respublikası qanunlarının qəbul edilməsi daxil edilib. 

S.B.
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Siyasət xəbərləri