21 
İyl
2017
23:21
323
17
13233
Virtual karabakh

Yeddi icra məmuru vəzifəsindən azad edilib

21 İyl, 2017
23:21
13233

Yeddi icra məmuru vəzifəsindən azad edilib

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Bu ilin birinci yarısında fəaliyyətində yol verdikləri ciddi qanun pozuntularına və digər neqativ hallara görə üç nəfərin ədliyyə orqanlarında qulluğuna xitam verilib, yeddi nəfər isə tutduğu vəzifədən azad edilib.

Ədliyyə Nazirliyindən Oxu.Az-a verilən məlumata görə, bu barədə nazirlikdə məhkəmə qərarlarının icrası vəziyyətinin müzakirəsinə həsr olunmuş geniş müşavirədə deyilib.

Müşavirədə o cümlədən, xidmətin 20 əməkdaşının intizam məsuliyyətinə cəlb olunduğu vurğulanıb, bəzi icra məmurları tərəfindən vəzifə borclarına laqeyd münasibət bəslənilməsi, icra intizamının, etik davranış qaydalarının pozulması, işlərin hərəkətsiz saxlanılması halları və digər nöqsan və çatışmazlıqlar icra qurumlarının rəhbərlərinin nəzərlərinə çatdırılaraq onların aradan qaldırılması tələb edilib.

S.B.
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Siyasət xəbərləri