22 
İyl
2017
09:33
362
111
5937
Virtual karabakh

Azərbaycan və Rusiya prezidentləri Dağlıq Qarabağ münaqişəsini müzakirə ediblər

22 İyl, 2017
09:33
5937

Azərbaycan və Rusiya prezidentləri Dağlıq Qarabağ münaqişəsini müzakirə ediblər

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Azərbaycan və Rusiya prezidentləri Dağlıq Qarabağ münaqişəsini müzakirə ediblər

Azərbaycan prezidenti İlham Əliyev və Rusiya prezidenti Vladimir Putin arasında Soçidə keçirilən görüşdə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı məsələlər müzakirə edilib.

Oxu.Az-ın APA-ya istinadən verdiyi məlumata görə, dövlət başçıları Azərbaycanla Rusiya arasında strateji tərəfdaşlıq əlaqələrinin mövcudluğunu bir daha təsdiqləyib, ikitərəfli münasibətlərin siyasi, iqtisadi, humanitar və digər sahələrdə uğurla inkişaf etdiyini vurğulayıblar.

Beynəlxalq və regional problematika ətrafında da fikir mübadiləsi aparılıb.

Hər iki dövlət başçısı Rusiya-Azərbaycan dostluq və strateji tərəfdaşlıq əlaqələrinin bundan sonra da uğurla inkişaf edəcəyinə əminliklərini bildiriblər.

Z.Q.

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Siyasət xəbərləri