24 
İyl
2017
12:11
134
43
8891
Virtual karabakh

Vladimir Putin İlham Əliyevlə görüşə gecikməmək üçün zarafat etdi – VİDEO

24 İyl, 2017
12:11
8891

Vladimir Putin İlham Əliyevlə görüşə gecikməmək üçün zarafat etdi – VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Rusiya prezidenti Vladimir Putin qrafikinin sıxlığı səbədindən hətta ən vacib görüşlərə də dəfələrlə gecikməsi ilə tanınır.

Lakin Rusiya lideri Azərbaycan prezidenti ilə iyulun 21-də Soçidə baş tutan görüşə olduqca məsuliyyətlə yanaşdı.

II Yelizata və Roma Papası Fransisk də daxil olmaqla, dünya liderləri ilə görüşə dəfələrlə gecikən Rusiya prezidenti İlham Əliyevlə danışıqlarda punktuallıq göstərmək qərarına gəldi.

Putinin Azərbaycan lideri ilə görüşü, onun Soçidəki təhsil mərkəzinin şagirdləri ilə görüşündən sonra baş tutmalı idi.

Oxu.Az Kremlin saytında yerləşdirilmiş video-rolikə istinadən xəbər verir ki, Putinin təhsil mərkəzində belə bir söhbəti olub:

Replika: Yekun sualı verin.

V.Putin: Bizim NTV-də əməkdaşlarımızın problemləri var, çünki biz efirdəyik, onların isə orada proqramları var.

Y.Kolıvanov: Vladimir Vladimiroviç, problem sizdədir, sizin dörd hədiyyəniz var.

Replika: Artıq sabahkı ad günləri başlayır.

Putin (saata baxaraq): Mənim problemlərim bir saatdan sonra olacaq. Bir saatdan sonra mən Azərbaycan prezidenti ilə görüşməliyəm.

Qeyd etmək lazımdır ki, daha sonra baş tutan görüşdə Azərbaycan və Rusiya prezidentləri iki ölkə arasında strateji əməkdaşlığın mövcudluğunu təsdiqləyib, siyasi, iqtisadi, humanitar və digər sahələrdə ikitərəfli münasibətlərin uğurla inkişaf etdiyini vurğulayıblar.

N.О.

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Siyasət xəbərləri