25 
İyl
2017
00:50
15
59
4056
Virtual karabakh

Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı qaydası dəyişdirilib

25 İyl, 2017
00:50
4056

Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı qaydası dəyişdirilib

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Nazirlər Kabineti “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”nda dəyişiklik edib. 

Oxu.Az-ın APA-ya istinadən məlumatına görə, dəyişiklik valideynlərindən biri, yaxud hər ikisi əcnəbi və ya vətəndaşlığı olmayan şəxs olan uşaqların doğumunun qeydiyyata alınması ilə bağlıdır.

Qüvvədə olan Qaydaya əsasən indiyə qədər doğumun qeydiyyata alınması üçün  valideynlərindən biri, yaxud hər ikisi əcnəbi və ya vətəndaşlığı olmayan şəxs olduqda onların Azərbaycan Respublikasında yaşayış yeri üzrə qeydiyyatda olması barədə sənəd tələb edilib.

Əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin uşaqlarının doğumunun dövlət qeydiyyatı üçün bütün hallarda hər iki valideynin şəxsiyyətini təsdiq edən sənədlərin təqdim olunması tələb olunub. Dəyişikliyə əsasən bundan sonra əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin uşaqlarının doğumunun dövlət qeydiyyatı üçün bütün hallarda hər iki valideynin şəxsiyyətini təsdiq edən sənədlərin təqdim olunması yetərli olacaq. 

Doğumun qeydiyyata alınması üçün  valideynlərindən biri, yaxud hər ikisi əcnəbi və ya vətəndaşlığı olmayan şəxs olduqda onların Azərbaycanda yaşayış yeri üzrə qeydiyyatda olması barədə sənəd isə tələb edilməyəcək. 

S.B.
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Siyasət xəbərləri