31 
İyl
2017
19:05
130
80
1583
Virtual karabakh

Müslüm Maqomayevin 75 illik yubileyi keçiriləcək

31 İyl, 2017
19:05
1583

Müslüm Maqomayevin 75 illik yubileyi keçiriləcək

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

 

Prezident İlham Əliyev Müslüm Maqomayevin 75 illik yubileyinin keçirilməsi haqqında sərəncam imzalayıb.

Oxu.Az xəbər verir ki, sərəncamda 2017-ci ildə dünya şöhrətli opera və estrada müğənnisi, bəstəkar, SSRİ xalq artisti Müslüm Məhəmməd oğlu Maqomayevin anadan olmasının 75 illiyi tamam oluğu qeyd edilib:  "Azərbaycanın çoxəsrlik mədəniyyət salnaməsinə parlaq səhifələr yazmış Müslüm Maqomayev son dərəcə rəngarəng repertuara malik qüdrətli sənətkardır. Onun özünəməxsusluğu ilə səciyyələnən və ümumən sovet estradasını yeni mərhələyə yüksəldən bənzərsiz yaradıcılığı musiqi tarixində ayrıca mərhələ təşkil edir. Fitri istedadlı böyük sənətkar opera vokal ifaçılığının ecazkar nümunələrini meydana gətirmiş, milyonlarla insanın rəğbətlə qarşıladığı mahnılar bəstələmiş, həmçinin kino sahəsində təqdirəlayiq fəaliyyət göstərmişdir".

Sərəncamda  Azərbaycan mədəniyyəti xəzinəsinin zənginləşdirilməsi və nailiyyətlərinin təbliği işinə dəyərli töhfələr vermiş görkəmli sənətkar Müslüm Maqomayevin 75 illik yubileyinin keçirilməsini təmin etmək məqsədi ilə Mədəniyyət və Turizm Nazirliyi xalq artisti Müslüm Maqomayevin 75 illik yubileyinə həsr olunmuş tədbirlər planını hazırlayıb həyata keçirmək və Nazirlər Kabinetinə sərəncamdan irəli gələn məsələləri həll etmək tapşırılıb.

L.Ə.

www.oxu.az 

 

Bizimlə əlaqə saxlayın

Digər Siyasət xəbərləri