Avq
2017
15:30
68
32
1747
Virtual karabakh

Azərbaycanda fəaliyyət göstərən səfirliklərin sayı artdı

7 Avq, 2017
15:30
1747

Azərbaycanda fəaliyyət göstərən səfirliklərin sayı artdı

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Xarici İşlər Nazirliyinin Dövlət Protokolu İdarəsinin rəisi Pərvin Mirzəzadə Kosta Rikanın Azərbaycana yeni təyin olunan müvəqqəti işlər vəkili Jairo López Bolañosu ilə görüşüb.

XİN-dən Oxu.Az-a verilən məlumata görə, Jairo López Bolaños müvafiq təyinatı və Kosta Rikanın Azərbaycanda səfirliyinin açılması ilə əlaqədar olaraq, bu ölkənin xarici işlər və etiqad naziri Manuel Gonzalez Sanzın Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarova göndərdiyi məktubunu qarşı tərəfə təqdim edib.

Görüşdə Azərbaycan və Kosta Rika arasında dostluq əlaqələrinin inkişaf perspektivləri ətrafında fikir mübadiləsi aparılıb.

Nazirlikdən bildirilib ki, Kosta Rikanın Azərbaycanda səfirliyinin açılması ilə Azərbaycanda 64 ölkənin səfirliyi, 12 beynəlxalq təşkilatın nümayəndəliyi və 4 Baş Konsulluq fəaliyyət göstərir.

A.M.

www.oxu.az

 

Bizimlə əlaqə saxlayın

Digər Siyasət xəbərləri