Avq
2017
18:50
24
144
10500
Virtual karabakh

“Dövlət qulluqçularının əməkhaqlarının artırılması haqqında” sərəncama dəyişikliklər edildi

7 Avq, 2017
18:50
10500

“Dövlət qulluqçularının əməkhaqlarının artırılması haqqında” sərəncama dəyişikliklər edildi

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Azərbaycan prezidenti İlham Əliyev “Dövlət qulluqçularının əməkhaqlarının artırılması haqqında” 2008-ci il 9 iyul tarixli sərəncamında dəyişikliklər edilməsi barədə sərəncam imzalayıb.

Oxu.Az-ın məlumatına görə, “Azərbaycan Respublikasında dövlət qulluqçularının aylıq vəzifə maaşları”nda “İnzibati vəzifələrin təsnifatı üzrə:” hissəsinin “Yeddinci təsnifat” bəndinə “Yerli icra hakimiyyəti başçılarının inzibati ərazi dairələri üzrə nümayəndəliklərində:” yarımbəndindən əvvəl aşağıdakı məzmunda yarımbənd əlavə edilib:

Gəncə və Sumqayıt icra hakimiyyəti başçılarının yanında olan orqanlarda:

rəhbər

365

rəhbərin müavini

345

sektor müdiri, baş mühasib

315

baş məsləhətçi

290

böyük məsləhətçi

285

aparıcı məsləhətçi

280

məsləhətçi

275

“Yardımçı vəzifələrin təsnifatı üzrə:” hissəsinin “Dördüncü təsnifat” bəndinin birinci abzasına üçüncü halda “bölmələrində,” sözündən sonra “yerli icra hakimiyyəti başçısının yanında olan orqanlarda,” sözləri əlavə edilib.

A.M.

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Siyasət xəbərləri