Avq
2017
15:02
112
36
4405
Virtual karabakh

Ramzan Kadırov “Matilda” filmini qadağan edir?

Çeçenistanın rəhbəri Ramzan Kadırov Rusiyanın mədəniyyət nazirinə xahişlə müraciət edib.

Oxu.Az-ın Kulis.az-a istinadən verdiyi xəbərə görə, Kadırov rejissor Aleksey Uçitelin müzakirələr yaradan “Matilda” filminin Çeçenistanda nümayişinin qadağan olunmasını xahiş edib.

“Müxtəlif təbəqədən olan on minlərlə insan filmin kütləvi prokatının qadağan olunmasını istəyir, çünki onu inanclı insanların hisslərinin təhqir olunması, insan ləyaqətinin alçaldılması, Rusiya xalqlarının çoxəsrlilik tarixinə və müqəddəslərinə qarşı hörmətsizlik kimi qəbul edirlər”, - deyə Kadırov müraciətində yazıb.

“Sizdən Çeçenistan Respublikasında “Matilda” filminin nümayişinə icazə verməməyinizi xahiş edirəm”, – Kadırov müraciətini belə bitirib.

Rusiya Mədəniyyət Nazirliyi Kadırovun xahişini nəzərə alacağını bəyan edib.

Qeyd edək ki, “Matilda” filmi balerina Matilda Kseşinskinin Rusiyanın sonuncu imperatoru II Nikolayla münasibətlərindən bəhs edir. Rusiya Dövlət Dumasının deputatlarından biri və Rusiya Provaslav kilsəsinin nümayəndələri filmi Rusiya və din əleyhinə olmaqda, tarixi təhrif etməkdə ittiham edib.

Filmin premyerası və geniş prokatı bu ilin oktyabrına nəzərdə tutulub.

A.S.
www.oxu.az

 

Digər Siyasət xəbərləri