14 
Avq
2017
13:50
107
27
1230
Virtual karabakh

Çexiya XİN-in dövlət katibi Azərbaycana gəldi

14 Avq, 2017
13:50
1230

Çexiya XİN-in dövlət katibi Azərbaycana gəldi

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Azərbaycanda səfərdə olan Çexiya Xarici İşlər Nazirliyinin dövlət katibi Petr Qayduşek xarici işlər nazirinin müavini Nadir Hüseynovla görüşüb.

Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən Oxu.Az-a verilən məlumata görə, görüşdə iki ölkə arasında münasibətlərin hazırkı vəziyyətinə nəzər salınıb, əməkdaşlığın cari səviyyəsindən məmnunluq ifadə edilib.

Tərəflər Azərbaycan və Çexiya qanunvericiliyi, xüsusən də diplomatik xidmət haqqında qanunun müddəaları ətrafında fikir mübadiləsi aparıblar.

Görüşdə dövlət qulluğu, habelə diplomatların təhsil və ixtisasartırma məsələləri, iki ölkə arasında əməkdaşlığın inkişaf etdirilməsi yolları da müzakirə olunub.

A.S.
www.oxu.az

 

Bizimlə əlaqə saxlayın

Digər Siyasət xəbərləri