15 
Avq
2017
12:42
131
69
6300
Virtual karabakh

İlham Əliyevin tələbəsi olmuş rusiyalı nazir müəllimindən danışdı - VİDEO

15 Avq, 2017
12:42
6300

İlham Əliyevin tələbəsi olmuş rusiyalı nazir müəllimindən danışdı - VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Mən Azərbaycan prezidenti İlham Əliyevin tələbəsi olmuşam. Hələ prezident olmamışdan əvvəl cənab Əliyev bizim qrupda beynəlxalq əlaqələrin tarixi üzrə seminar məşğələlərini aparırdı. Biz, onun sabiq tələbələri hələ də görüşəndə onun məşğələlərini yada salırıq”.

Oxu.Az-ın məlumatına görə, bu barədə “Moskva-Bakı” nəşrinə müsahibəsində Rusiyanın mədəniyyət naziri Vladimir Medinski bildirib.

“Əgər biz professor Əliyevin Azərbaycanın prezidenti olacağını o zaman bilsəydik, yəqin, onun dediklərinə, özümüzün dediklərimizə daha da diqqətlə yanaşardıq. Lakin Sovet dövründə bunu heç təsəvvür də eləmək olmazdı. Amma dəqiq deyə bilərəm ki, professor Əliyev tələbələrini “qorxutmurdu” (gülümsəyir), bizimlə həmişə mehriban rəftar edirdi”, - deyə Medinski bildirib.

N.О.

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Siyasət xəbərləri