17 
Avq
2017
13:05
39
92
1966
Virtual karabakh

Boliviyanın XİN rəhbəri Azərbaycana gəlir - EKSKLÜZİV

17 Avq, 2017
13:05
1966

Boliviyanın XİN rəhbəri Azərbaycana gəlir - EKSKLÜZİV

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Boliviya Çoxmillətli Dövlətinin xarici işlər naziri Fernando Uanakuni Mamani avqustun 18-də Azərbaycana rəsmi səfərə gələcək.

Bu barədə Oxu.Az-a Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Səfər çərçivəsində xarici işlər naziri Fernando Uanakuni Mamaninin nazir Elmar Məmmədyarov  və digər rəsmilərlə görüşü nəzərdə tutulub.

Qeyd edək ki, Qaz İxrac Edən Ölkələr Forumunun daimi üzvü olan Boliviya 2017-ci ilin 20-24 noyabr tarixlərində Boliviyanın Santa Kruz de la Sierra şəhərində keçiriləcək növbəti Qaz Sammitinə ev sahibliyi edəcək. Azərbaycanın müşahidəçi qismində təmsil olunduğu Forumun sözügedən Sammitində iştirak üçün Boliviya tərəfindən dəvət olunur. 

Qeyd edilən səfər Boliviya xarici işlər nazirinin Azərbaycana ilk rəsmi səfəridir. Bu isə son illərdə Azərbaycan Respublikasının Latın Amerikası regionunda artan nüfuzunun göstəricisidir. Belə ki, son illərdə Çili, Kosta-Rika və Perunun Azərbaycanda səfirlikləri fəaliyyətə başlayıb. 

N.О.

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Siyasət xəbərləri