17 
Avq
2017
17:57
94
68
2134
Virtual karabakh

Sudan prezidenti Azərbaycanın dövlət başçısına məktub göndərib

17 Avq, 2017
17:57
2134

Sudan prezidenti Azərbaycanın dövlət başçısına məktub göndərib

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Sudan prezidenti Ömər Həsən Əhməd əl-Bəşir Azərbaycan prezidenti İlham Əliyevə iki ölkə arasında diplomatik əlaqələrin qurulmasının 25-ci ildönümü münasibətilə məktub göndərib.

Oxu.Az-ın məlumatına görə, məktubda deyilir:

“Sudanla Azərbaycan arasında diplomatik əlaqələrin qurulmasının 25-ci ildönümü münasibətilə səmimi təbriklərimi qəbul edin. Azərbaycan müstəqilliyini bərpa edəndən bəri ölkələrimiz arasında bir çox sahələrdə əlaqələr qarşılıqlı dinamik siyasi dialoq, səmərəli və uğurlu əməkdaşlıq əsasında inkişaf edir. Əminəm ki, iqtisadi, ticari, texniki, humanitar sahələrdə və xalqlarımız arasında əlaqələr bundan sonra da hərtərəfli, davamlı və geniş şəkildə inkişaf edəcək. Mən inanıram ki, birgə səylərimizlə potensialımızdan daha yaxşı istifadə edə və məqsədlərimizə nail ola bilərik”.

N.О.

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Siyasət xəbərləri