18 
Avq
2017
09:51
89
39
1726
Virtual karabakh

İlham Əliyev İspaniya Kralına başsağlığı verib

18 Avq, 2017
09:51
1726

İlham Əliyev İspaniya Kralına başsağlığı verib

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Azərbaycan prezidenti İlham Əliyev İspaniya Kralı VI Felipeyə başsağlığı verib.

Başsağlığında deyilir: "Ölkənizdə törədilmiş dəhşətli terror aktları nəticəsində çoxsaylı insan tələfatı və yaralananlar barədə xəbər bizi sarsıtdı.

Dinc insanlara qarşı yönəlmiş bu amansız terror əməllərindən hədsiz dərəcədə hiddətlənir, dəhşətli bir bəlaya çevrilmiş terrorizmin bütün təzahürlərinə qarşı qətiyyətlə mübarizə aparılmasını vacib hesab edirik.

Baş vermiş faciə ilə əlaqədar kədərinizi bölüşür, Sizə, həlak olanların ailələrinə və yaxınlarına, bütün İspaniya xalqına öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verir, yaralananların və xəsarət alanların tezliklə sağalmasını arzulayıram".

İ.F.

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Siyasət xəbərləri