18 
Avq
2017
10:47
72
39
1269
Virtual karabakh

XİN: Azərbaycan Barselonada törədilmiş terror aktlarını qəti şəkildə pisləyir

18 Avq, 2017
10:47
1269

XİN: Azərbaycan Barselonada törədilmiş terror aktlarını qəti şəkildə pisləyir

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Azərbaycan İspaniyanın Barselona şəhərində törədilmiş terror aktlarını qəti şəkildə pisləyir.

Oxu.Az-ın xəbərinə görə, Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev bildirib.

O qeyd edib: "Terror hücumları nəticəsində həlak olanların ailələrinə dərin hüznlə başsağlığı verir və yaralananların tezliklə şəfa tapmasını diləyirik".

XİN rəsmisi deyib ki, terrorizmdən əziyyət çəkən dövlət kimi Azərbaycan terrorizmin bütün forma və təzahürlərini kəskin şəkildə qınayır: "Barselonada törədilmiş terror hücumları ilə əlaqədar Azərbaycan prezidenti İlham Əliyev İspaniya Kralı VI Felipeyə başsağlığı məktubu ünvanlayıb. Xarici işlər naziri Elmar Məmmədyarov da İspaniyanın xarici işlər naziri Alfonso Maria Dastisə başsağlığı məktubu göndərib".

İ.F.

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Siyasət xəbərləri