18 
Avq
2017
16:03
394
22
5423
Virtual karabakh

Ukrayna azərbaycanlıları Saakaşvilini gül-çiçəklə qarşılayacaq

18 Avq, 2017
16:03
5423

Ukrayna azərbaycanlıları Saakaşvilini gül-çiçəklə qarşılayacaq

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Ukrayna azərbaycanlıları Ukraynaya qayıtmaq niyyətində olan Mixeil Saakaşvilini gül-çiçəklə qarşılayacaq.

Oxu.Az-ın haqqın.az-a istinadən verdiyi məlumata görə, bu barədə "Facebook" səhifəsidə “Ukrayna azərbaycanlıların birləşmiş diasporu” ümumukrayna ictimai təşkilatının sədri Hikmət Cavadov deyib.

Sədrin sözlərinə görə, Ukrayna azərbaycanlıların bir qismi sentyabrın 10-da “Krakovets” keçid məntəqəsinə gedib, Odessa vilayətinin sabiq qubernatoru Mixeil Saakaşvilini qarşılayacaq.

“Mən və bizim bir neçə üzvümüz sentyabrın 10-da sərhəddə Saakaşvilni qarşılayacağıq.”

Gürcüstanın sabiq prezidenti, Odessa vilayətinin sabiq qubernatoru Mixeil Saakaşvili sentyabrın 10-da Polşa ərazisindən keçərək Ukraynaya qayıdacağını bəyan edib.

“Mən Polşadan Ukraynaya sentyabrın 10-da Krakovets keçid məntəqəsindən qayıdıram”, - deyə çərşənbə günü "Facebook"da canlı yayımda M.Saakaşvili bildirib. O, Ukrayna hakimiyyət orqanlarına müraciət edərək, onun qayıdışı ilə bağlı “sirk qurmamaq” və “torpağı qazmamağa”  çağırıb. 

İ.F.

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Siyasət xəbərləri