22 
Avq
2017
11:11
86
350
4061
Virtual karabakh

Elçibəyin vəfatından 17 il ötür

22 Avq, 2017
11:11
4061

Elçibəyin vəfatından 17 il ötür

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Bu gün sabiq prezident, AXCP-nin ilk sədri Əbülfəz Elçibəyin vəfatı günüdür.

Oxu.Az xəbər verir ki, Ə.Elçibəy uzun sürən xərçəng xəstəliyindən sonra 2000-ci ilin avqust ayının 22-də Türkiyədə dünyasını dəyişib.

62 yaşında vəfat edən Ə.Elçibəyin məzarı I Fəxri xiyabandadır.

Qeyd edək ki, Azərbaycan milli-azadlıq hərəkatın liderlərindən biri olmuş mərhum Ə.Elçibəy sonradan partiyaya çevrilən AXC-nin ilk sədri kimi 1992-ci ilin iyun ayında keçirilən prezident seçkilərində namizəd kimi iştirak etmiş və namizədlər arasında ən çox səs toplayaraq, ölkə prezidenti seçilmişdi.

Prezident seçildikdən cəmi bir il sonra - 1993-cü ilin iyununda isə Gəncədə baş verən “4 iyun qiyamı” ilə bağlı vəzifəsindən kənarlaşdırılmış və həmin vaxtdan 1997-ci ilə kimi doğma kəndi Kələkidə yaşamışdır.

1997-ci ildən yenidən Bakıya dönmüş və dünyasının dəyişənəcən AXCP-nin sədri vəzifəsini davam etdirmişdir.

A.S.
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Siyasət xəbərləri