23 
Avq
2017
17:20
26
138
3953
Virtual karabakh

Macarıstanın Azərbaycandakı səfirliyi turist vizasının verilməsini dayandırdı

23 Avq, 2017
17:20
3953

Macarıstanın Azərbaycandakı səfirliyi turist vizasının verilməsini dayandırdı

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Macarıstanın Azərbaycandakı səfirliyində baş vermiş fors major vəziyyətlə əlaqədar olaraq Konsulluq şöbəsi qeyri-müəyyən müddətə bağlıdır.

Oxu.Az xəbər verir ki, səfirlikdən Trend-ə verilən məlumata görə, bu müddət ərzində Konsulluq şöbəsində sənədlərin qəbulu müvəqqəti olaraq dayandırılıb.

Bildirilir ki, qısa müddətli C vizası (turist vizası) üçün müraciət edən ərizəçilərə viza üçün Macarıstanın Tbilisidə yerləşən səfirliyinə və ya Azərbaycanda yerləşən Şengen sazişinə üzv olan digər səfirliklərə müraciət etmək tövsiyə olunur.

Təcili olduğu halda uzun müddətli D vizası üçün müraciət edən ərizəçilər isə yalnız Macarıstanın Tbilisidə yerləşən səfirliyinə müraciət edə bilərlər.

Səfirlik ümid edir ki, yaranmış vəziyyət qısa müddətdə həllini tapacaq. Bununla bağlı hər hansı bir yeni məlumat olduğu halda, ərizəçilərə məlumat çatdırılacaq.

E.Ə.
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Siyasət xəbərləri