11 
Sen
2017
12:53
110
33
2943
Virtual karabakh

Əli Həsənov: Mehman Əliyevin ev dustaqlığı məsələsinə baxılması tapşırılıb

11 Sen, 2017
12:53
2943

Əli Həsənov: Mehman Əliyevin ev dustaqlığı məsələsinə baxılması tapşırılıb

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Azərbaycan Respublikası prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov hazırda həbsdə olan “Turan” İnformasiya Agentliyinin direktoru Mehman Əliyevlə bağlı məsələlərə aydınlıq gətirib. 

Oxu.Az-ın AZƏRTAC-a istinadən məlumatına görə, Əli Həsənov bildirib: “Turan” İnformasiya Agentliyinin direktoru Mehman Əliyevə qarşı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin bir neçə maddəsi ilə ittiham irəli sürülüb və cari ilin avqustunda onun barəsində həbs-qətimkan tədbiri seçilib. Həmin dövrdə Azərbaycan Mətbuat Şurası məsələnin ölkə qanunvericiliyi çərçivəsində ədalətli şəkildə həll olunması üçün Azərbaycan Respublikasının prezidenti İlham Əliyevə müraciət ünvanlanıb. Həmçinin Mehman Əliyev dövlətimizin başçısına müraciət edərək barəsində seçilmiş həbs-qətimkan tədbirinin ev dustaqlığı ilə əvəz olunmasını xahiş edib.

Qeyd edim ki, hələ 2009-cu ildə prezident İlham Əliyev Azərbaycanda demokratik prinsiplərin, söz və məlumat azadlığının aliliyini nəzərə alaraq, kütləvi informasiya vasitələri əməkdaşlarının peşə fəaliyyətinə görə cinayət məsuliyyətinə cəlb edilməsinin məqsədəmüvafiq olmadığına dair öz rəyini bildirərək iradəsini nümayiş etdirib. Dövlətimizin başçısının tapşırığına uyğun olaraq, 2009-cu ildən ötən dövr ərzində KİV əməkdaşları peşə fəaliyyətinə görə məhkum olunmayıblar.

Azərbaycan prezidenti İlham Əliyevin 2017-ci il fevralın 10-da “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” Sərəncam imzaladığını xatırladan Əli Həsənov bildirib ki, həmin Sərəncam bu kimi və bir sıra digər hallarda məsuliyyətə cəlb olunmuş şəxslərlə bağlı cəmiyyətdən təcrid olunmamaq şərtilə alternativ cəza tədbirlərinin həyata keçirilməsinə tam imkan yaradır.

Bütün bunları nəzərə alaraq, prezident İlham Əliyev “Turan” İnformasiya Agentliyinin direktoru barədə seçilmiş həbs-qətimkan tədbirinin ev dustaqlığı ilə əvəz olunması məsələsinə baxılması üçün aidiyyəti orqanlara tapşırıq vermişdir.

Qeyd edim ki, bu qərar Azərbaycanda demokratik prinsiplərin, söz və məlumat azadlığının, kütləvi informasiya vasitələrinin müstəqilliyinin və jurnalistlərin sərbəst fəaliyyətinin təmin edilməsinə dair Azərbaycan prezidentinin dəyişməz mövqeyi və ali iradəsinin təcəssümüdür".

N.O.

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Siyasət xəbərləri