16 
Sen
2017
13:00
59
83
1855
Virtual karabakh

Elmar Məmmədyarov Azərbaycanda təhsil almış laoslu tələbələrlə görüşüb - FOTO

16 Sen, 2017
13:00
1855

Elmar Məmmədyarov Azərbaycanda təhsil almış laoslu tələbələrlə görüşüb - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Xarici işlər naziri Elmar Məmmədyarov Laos Xalq Demokratik Respublikasına rəsmi səfəri çərçivəsində Azərbaycanda təhsil almış laoslu tələbələrlə görüşüb.

XİN-in mətbuat xidmətindən Oxu.Az-a verilən məlumata görə, E. Məmmədyarov təhsil sahəsinin Azərbaycan və Laos arasında ikitərəfli humanitar münasibətlərdə xüsusi yer tutduğunu və bu sahədə tarixə söykənən ənənəvi əməkdaşlığın davam etdirilməsi və irəliləməsinin vacib olduğunu qeyd edib.

O həmçinin, Laosa rəsmi səfəri çərçivəsində keçirdiyi görüşlərdə təhsil sahəsində əlaqələrin inkişafı üçün qarşılıqlı xoş niyyətin ifadə edildiyini bildirib.

Görüşdə məzunlar adından çıxış edən natiqlər, Laosun hakim partiyasının Beynəlxalq əlaqələr komitəsinin rəhbəri, Attepeu əyalətinin qubernatoru, xarici işlər nazirinin müavini, eləcə də mədənçilik və enerji nazirinin müavini Azərbaycan və Laos arasında dostluq körpüsünün əsasını qoyduqlarını bildirərək, müxtəlif dövrlərdə göstərilmiş kömək və dəstəyə görə Azərbaycana təşəkkür ediblər. Həmçinin Azərbaycanda təhsil almış tələbələrin hazırda Laosun müxtəlif dövlət qurumlarında yüksək vəzifələrdə çalışdıqlarını əlavə ediblər.

Onlar həmçinin Azərbaycanda təhsil almış laoslulardan ibarət Assosiasiyanın yaradılması təşəbbüsü ilə çıxış ediblər. Nazir E. Məmmədyarov Assosiasiyanın yaradılmasının humanitar sahədə, xüsusilə təhsil sahəsində ikitərəfli əməkdaşlığın genişləndirilməsinə töhvə verəcəyini vurğulayıb və təşəbbüsü dəstəklədiyini bildirib.

N.О.

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Siyasət xəbərləri