18 
Sen
2017
17:46
29
86
927
Virtual karabakh

Dövlət Departamenti: ABŞ Qarabağ münaqişəsinin tərəfləri ilə aktiv fəaliyyətini davam etdirəcək

18 Sen, 2017
17:46
927

Dövlət Departamenti: ABŞ Qarabağ münaqişəsinin tərəfləri ilə aktiv fəaliyyətini davam etdirəcək

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

ABŞ Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin danışıqlar yolu ilə həllini dəstəkləyir və ATƏT-in Minsk qrupunun həmsədri qismində münaqişə tərəfləri ilə aktiv fəaliyyətini davam etdirəcək.

Oxu.Az-ın məlumatına görə, bunu Trend-ə ABŞ Dövlət Departamentinin rəsmi nümayəndəsi deyib.

Onun sözlərinə görə, ABŞ-ın çoxillik siyasəti onunla ifadə olunur ki, ədalətli həll yolu Helsinki Yekun Aktı, güc tətbiq etməmə və ərazi bütövlüyü prinsiplərini özündə ehtiva edən beynəlxalq hüquqa əsaslanmalıdır: "Amma yekun nəticədə sülhə görə məsuliyyət Ermənistan və Azərbaycan prezidentlərinin üzərinə düşür".

O qeyd edib ki, ABŞ və Azərbaycan arasında təhlükəsizlik, iqtisadiyyat və energetika, demokratiya və idarəetmə kimi aspektlərə əsaslanan güclü tərəfdaşlıq mövcuddur.

N.O.

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Siyasət xəbərləri