18 
Sen
2017
18:33
109
202
1467
Virtual karabakh

Prezident Azərbaycanın yəhudi icmasını təbrik edib

18 Sen, 2017
18:33
1467

Prezident Azərbaycanın yəhudi icmasını təbrik edib

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Oxu.Az-ın məlumatına görə, təbrikdə deyilir: "Hörmətli həmvətənlər!

Sizi yəhudi xalqının yeni il bayramı - Roş-Ha-Şana münasibətilə ürəkdən təbrik edir, ən səmimi arzu və diləklərimi yetirirəm.

Sivilizasiyaların qovuşuğunda yerləşən Azərbaycan bu gün multikultural ənənələrin qorunub saxlanıldığı, ayrı-ayrı dinlər və mədəniyyətlər arasında qarşılıqlı hörmət və etimad mühitinin mövcud olduğu nadir məkanlardandır.
 
Tarixən Azərbaycanda məskunlaşıb yaşayan yəhudi icmasının cəmiyyətimizdə özünəməxsus yeri vardır. Əlamətdar haldır ki, yəhudi vətəndaşlarımız ölkə həyatının bütün sahələrində yaxından iştirak edir, dövlət müstəqilliyimizin daha da möhkəmləndirilməsi, Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması işində fəal vətəndaş mövqeyi nümayiş etdirirlər.
 
Əziz dostlar!
 
Roş-Ha-Şana özündə yeniliyi, mənəvi saflığı və həmrəyliyi təcəssüm etdirən bir bayramdır. Yəhudi xalqının bu əziz günü qoy hamınızın həyatına xoş ovqat, ailələrinizə xoşbəxtlik və sevinc gətirsin.
 
Bayramınız mübarək olsun!"

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Siyasət xəbərləri